Salam.Alverçi deyiləm şəxsi maşınımdır və maşın haqqında nə artıq nə əskik heçnə yazmıyacam.Maşın 2024-cü ilin fevral ayından məndədir.Amerikadan bidfaxdan özüm üçün gətirmişəm.Arxa krlo zədəsi ilə gəlib, vinkodda görünür. Maşının təkcə həmin hissəsində rəng var. Qalan hissələri bezkraskadır. Məndə olduğu müddətdə heçbir qəza vuruq cızıq heçnə olmayıb. Hal hazırda kasmetikası salonu şəkillərdə göründüyündəndə ideal vəziyyətdədir. Yürüşü 51 min mildir və tam olaraq orjinal yürüşdür. Elə o səbəbdən maşın yeni kimidir. Matorunda yağ yemə səs karopkada gecikmə titrəmə, xadavoyunda səs, çürük pas kimi problemlərdən söhbət gedə bilməz. Yağını bu gün dəyişmişəm (Shell 5-20).Akumlyator yeni dəyişilib. Parlaq alüminum pedallar, rezin ayaqaltılar (orjinal xalça ayaqltılarıda verəcəm üstündə) yarasa güzgülər, pəncərə vetroviklər, orjinal şüşə rezinlərini yeni qoydurmuşam. 3-lü drive mood (eco, normal, sport).sadə mator sadə karopka-necə dözümlü olmağını yazmağa gərək yoxdur. Auto light,cruise-control, mukti sükan,antizonas, mərkəzi qapanma,güzgülərin avtomatik idarəsi, zavod adroid manitor-carplay dəstəkləyir. Maşında bütün funsiyalar və hissələr işləkdir. Təkərləri 40 faiz. Saytda 20-21 minə olan suda qalıb, gedişi çəkilmiş, şarı atan və s kimi maşınlarla bir tutanlar, əlində 21 min pulu olanlar və əl əxsus alverçilər narahat etməsin. Telefonda qiymət söhbəti etmiyəcəm, maşının yanında astronomik olmayan endirim olacaq. Harda istəsəniz yoxlatdıra bilərsiniz. Allah hər kəsə xeyir versin.