Maşın 2017 - ci ildən məndədir. 2020 - ci ildən 5 il ərzində bu günlərə qədər sürülmədi.
Maşın kapital təmir etdirilib. Zahiri görünüşünə aldanmayın.
Maşın ideal texniki vəziyyətdədir. Bütün əsas ehtiyat hissələr yenilənib, mühərrik və asqı sistemi tam baxışdan keçib. Bütün işlər haqqında detallı məlumat verirəm.
Mühərrik:
Arxa və qabaq salniklər (orijinal), raspredval və klapan salnikləri (SKT, firma dəst), termostatın qoşa buynuz korpusu, kladış dəsti (King), iç kəmər (Dayco), sovurma və üst qapaq prokladkaları, çaşka+faredo (Luk), vijivnoy (Luk). Motor yağı, karobka yağı, pompa (orijinal), əsas və alt padruşkalar (3 ədəd) yenilənib. Farsunkalar yuyulub, benzin nasosu dəyişdirilib, 2 su şlanqı yenisi ilə əvəz olunub.
Asqı sistemi:
2 ədəd şaravoy (qolla birlikdə), 2 ədəd sırqa, 4 amortizator (komplekt), alt çaşqa razvalniqləri, arxa balka putulkarı, qabaq apornular (cüt), qabaq amortizator poduşkası, qabaq stupitsa və çöl qranat yenilənib.
Əyləc və təkərlər:
Qabaq və arxa nakladkalar (Textar, Denkırman, Bryman), barabanlar (qabaq və arxa komplekt), DOT-4 əyləc mayesi, farsunka salnikləri dəyişdirilib. 4 yeni təkər qoyulub, təmirli disklər, yeni saçoklar.
Əlavə işlər:
Giliz, qalofka, ruqulovka və pritirka görülüb. Maşın tam ximçistkadan keçib. Akkumulyator təzə qoyulub.
Qeyd: Bütün işlər keyfiyyətli və orijinal hissələrlə yerinə yetirilib, maşın hazır vəziyyətdədir.