Nardo grey
Maşının ikinci sahibiyəm. Texpasport 2020, 2021-ci il model, həmin ildə də rəsmi servisdən alınıb. Yalnız servisdə qulluq olunub. Orijinal yürüşdür. Bu nəsil Passatlarda ən etibarlı və dözümlü mühərrikdir (1.4). Tam boyasızdır, buferlər daxil. Qaraj şəraitinde saxlanılıb. Sinfinin ən full versiyasıdır: 360 kamera, sükan qızdırıcı, ayaq hərəkəti ilə baqajın açılması, əl hissiyatı ilə monitorun idarə olunması, ambiance işıqlar (hər rəngi seçmək olur), yan və arxa (avtomatik) pərdə, qabaq və arxa oturacaqların qızdırıcısı, start-stop, lyuk, auto-hold, eco rejim, maneə olduqda avtomatik tormozlanma və s. Maşını istənilən yerdə yoxlatdırmaq olar, dövrü bütün ehtiyat hissələri orijinalı ilə əvəz edilib. Yeni maşın alınmasıyla bağlı nömrəsiz satılır. Alan adam adına keçirdəcək.