Avtomobil ƏLA vəziyyətdədir. 4×4 çəkənli turbo, zavodda qoyulma Mitsubishi (Yapon) matorudu. Avtomobil rama üzərində olduğu üçün digər Çin maşınlarından fərqli olaraq çox dözümlüdür, güclü və amartizasiyası çox yumşaq maşındır.Baqajı çox genişdir. Turbosu ideal, mühərrik və karopkada heç bir problem yoxdur. 6 pilləli mexaniki ötürücü karopkadır. Multirol, avtopilot, sensor ekran, qabaq oturacaqların isidilməsi, kondisioner və peçi tam işləkdir. Probeq 100% orijinaldır. Əsasən Gəncə şəhər içi (iş-ev arası) sürülüb. Dəri salonu təmiz və səliqəlidir. Oturacaqların üzərinə əlavə çxol çəkilib. Texniki baxımı vaxtlı-vaxtında olunub. Təkərləri yeni dəyişilib. Hal- hazırda heç bir xərc tələb etmir. Maşın öz maşınımdır, alıb-satan deyiləm.
Bir sözlə hər bir cəhətdən çox ideal maşındır. Maşını satma səbəbim, ili yeni olan maşın alacağımla bağlıdır.
X.e. real alıcılar əlaqə saxlasın, qiymətdə avtomobilə baxdıqdan sonra cuzi endirim edilə bilər. Allah alana xeyir versin!