Maşının heç bir problemi yoxdur, heç bir detalı da dəyişilməyib. Full komplektasiyadır, Nobless Specialdır, şəkillərdən gördüyünüz kimi 2015-ci il seriyası üçün hər bir funksiya ilə təchiz olunub və hamısı işləkdir. 2 ildir özüm sürürəm, satıcı deyiləm, indiyə qədər də çox rahat, komfortlu səyahət etmişəm, çox dözümlü maşındır, sadəcə nağd pula ehtiyac olduğu üçün satılır. Harda istəsəniz maşını yoxlatdıra da bilərsiniz.
Xahiş olunur real alıcılar narahat etsin. Alana Allah xeyir versin, inşəAllah.
- 7 nəfərlik yer
- start/stop düymə
- açarsız daxil olma
- eko/normal/sport sürüş modu
- panorama lyuk
- 360° kamera
- park radar
- yağış sensoru
- oturacaqların qızdırılması və soyudulması
- sükanın qızdırılması
- sürücü oturacağının yaddaşı (2 fərqli pozisiya üçün)
- klimat kontrol
- avto-stop/avto-hold
- ksenon lampalar
- dəri salon