Maşın il yarımdır məndədir, gündəlik sürülür, ciddi problemleri yoxdur, otur sür maşındır. 210 min probeqdə matoru yıgdırmışam, hal-hazırda əla vəziyyətdədir heç bir xərc tələb etmir, həmçinin karopkası da problemsizdir. Təkərləri təzə dəyişilib, marshall təkərlərdir. Stupitsa paçenniklər, apornular, arxa qabaq nakladkalar və s.hissələri hamısı yeni qoyulub. Qapı rezinlərinə kimi yeniləmişəm. Bir sözlə probeq sizi aldatmasın maşına yaxşı baxılıb. Rusiyada buraxılıb, Neftçala deyil. 2019 un full versiyasıdır:
*Ön və arxa şüşə qızdırıcılar
*Ön oturacaqların isidilməsi
*Güzgülərin idarə olunması
*Ön və arxa kamera, 64gb sd kart ilə
*Zavod bluetooth maqnitafon
*Kondisioner
*4 şüşə qaldıran
*Mərkəzi qapanma
*Airbag
*Abs
Sənədləri qaydasındadır, öz adımadır. Maşını istənilən yerdə yoxlada bilərsiniz. Yerində endirim olunacaq.