Avtomobil yaxşı vəziyyətdədir, elektronik və ya mexaniki hər hansı problemi yoxdur. Full komplektasiyalardandır, zavoddan dəri salon, bluetooth, qatlanan yan güzgülər, multi-sükan, şüşəqaldırıcılar, sükan qızdırıcısı, oturacaqların qızdırıcısı və sair ilə təmin edilib. Probeqi orijinaldır, kraska dəyən yeri yoxdur (ön buferdə təzəliklə təmir işi görülüb kraskalamaq lazım olacaq, satılanadək çatdırsam boyatdırıb təhvil verəcəm, çatdırmasam qiymətdə nəzərə alacam). Təkərləri yenidir cəmi bir sezon sürülüb, motor yağı, naklatkalar, salonun və mühərrikin hava filtri və digər rasxodniklər təzəliklə dəyişilib və növbəti yağ dəyişmə 8 min km sonradır. Texniki baxışdan və icbari sığortadan yeni keçib. Öz avtomobilimdir.
Barter mümkündür: Changan Nevo Q05, Qiyuan 05 və CS55 ilə.