Kia Sportage 2017 GT Line, full komplektasiya. Avtomobil 2017-ci ildə rəsmi servisdən alınıb və sıfırdan bizdədir. Probeq orijinal 16.000 km-dir. Maşın yalnız şəhər daxilində, ayda 1–2 dəfə istifadə olunub, hər zaman qaraj şəraitində saxlanılıb. Bütün qulluq işləri rəsmi servisdə görülüb, servis kitabçasında hər detal qeyd olunub. Alınan gündən yalnız premium benzin vurulub. Sinifinin ən dolu versiyasıdır: ön oturacaqların isitmə və soyutma funksiyası, arxa oturacaqların isitməsi, panorama lyuk, rul qızdırıcı, start/stop sistemi, açarsız giriş, arxa kamera, park sensorları, böyük monitor, Bluetooth, cruise control və digər bütün full opsiyalar mövcuddur. Mühərrik, sürətlər qutusu və rulavoy ideal vəziyyətdədir, heç bir əlavə xərc tələb etmir. Salonda hələ də yeni maşın qoxusu qalır. Yalnız son şəkildə görünən park zamanı yüngül sürtünmə olub, təxmini 100–150 AZN xərc tələb edir. Xahiş olunur, bunu 250-300 min sürülmüş, Amerikada batmış maşınlarla səhv salmayın, bu maşın o kateqoriyadan deyil. Təmiz, səliqəli, bezproblem maşındır. ALVERÇİLƏR NARAHAT ELƏMƏSİN.
Real müştəriyə maşının yanında endirim olacaq .