Chevrolet Malibu 2016 – Premier (Ən Full)
2.0 Turbo mühərrik, 250 a.g. / 353 Nm(Güclü və dözümlü) | 0-100 km/s: ~6.3-6.5 san. (Çox sürətli və dinamik)
19-luq orijinal disklər
113 200 km Orijinal yürüş, 2016-cı il üçün belə az yürüşdə maşın düşmədir. Mühərrik saat kimi işləyir, karobka ideal vəziyyətdədir, heç bir problemi yoxdur. Kosmetikası normaldır. Çox gözəl rəngi var maşının(Qızılı-gümüşü metallik), şəhərdə demək olar yoxdu bu rəngdə premier malibu.
Maşın daim 95 benzinlə sürülüb və bahalı mühərrik yağından istifadə olunub.
Premier komplektasiyaya daxildir: Dəri salon, qızdırılan və soyudulan oturacaqlar, böyük monitor, Bose səs sistemi, ponarama lyuk, uzaqdan mühərriki işə salma (Remote Engine Start), Keyless-Go (açarsız daxil olma), Start-Stop, klimat-kontrol, zolaq izləmə, ölü zona xəbərdarlığı, arxa kamera və park radarları və s.
Xahiş edirəm vasitəçilər narahat etməsinlər, yalnız real alıcılar əlaqə saxlasınlar. Endirim mümkündür.