Salam aleykum. Zəng vurmazdan əvvəl diqqətlə oxuyun zəhmət olmasa. Avtomobili 2016-cı ildə Gürcüstandan özümüz gətirmişik. Taksidə qətiyyən istifadə olunmayıb. Yalnız şəxsi istifadəmiz üçün ailə avtomobili kimi istifadə olunub. Motoru, ötürücülər qutusu əla vəziyyətdədir, texniki baxışdan bu ayın 28-də keçirilib, siğortası iyul ayında alınıb. Udarı qətiyyən olmayıb nə bizdən əvvəl nədə bizdə olan müddətdə. Motor 2.2 CDI-115 motordur bu modellərin ən dözümlü və sürətli motorudur Vito barəsində anlayışı olanlar yaxşı bilər. Zavod Long 7+1 sərnişindir, sonradan yığılmalarla səhv salmayın. Təkərləri təzədir original Lassa servisdən alınıb. Üstündə zavod qara yan və arxa şüşələrinidə verəcəm. Ən əsasıda avtomobilin yürüşü bazardakı demək olar bütün bu ildə hətta bunnanda bir neçə il təzələrindən qat qat aşağıdır və original yürüşüdür Gürcüstanda alanda şəxsən yoxlatmışam. İndi gələk əsas məsələyə: bu modeldə, bu ildə və bu göstəricilərlə olan Vitoların bazar dəyəri ən azı 24, 26 min manat aralığındadır. İnanmayan bazar günü avtomobil bazarında yaxınlaşıb baxa bilər. Mənim avtomobilimin isə dəqiq hesablatmışam kosmetik işləri və digər xırda problemlərinə görə maksimum 2000 manat xərci var. Usta gəzməyə vaxtım yoxdur deyə bu xərcləri artıqlamasıyla çıxıb qiymət qoymuşam. Satmaq üçün tələsmirəm. Diqqət edib oxuduğunuz üçün minnətdaram...