Salam Aleykum. 2001 modeldi. Karopka quatrodu. Ön çəkir. Yağ azaltma yemə yoxdu. Fiolet patpress qoyulub kapot dəyişilib açıq sürülüb açılıb belində batıqlar yaranıb öz kapotu əyilib patpress çatlamışdı məndə dəyişdim. Sağ tərəfdən dəyib ama məndə yox ekranın duruşundan sağ qanadın zazorundan belə başa düşürəm ki sağdan vuruğu var ama mən alanda mənə deyən olmuyub ki dəyib məncə dəyənə oxşuyur. Motorda problem yoxdu. Hava sensörü dəyişilməlidi. Rulovoy klonka dəyişilməlidi. Kondisyoneri ayırmışam qoşulsa oda işliyir. Xəstələnəndə arada gün döyəndə çıxıb sürürdüm ki tərləyib soyuqlamam çıxsın faydası var yoxlamışam). Peçin matoru vurub bəlkə də relesi atıb bilmirəm. Vakkum işləmir dəyişilməlidi. ABS sağ təkərde sensor işləmir. Belə götürəndə heç ABSin bircə adı qalıb). Sağ qanadı kimsə döyüb aval yerlərini düm düz eləmişdi məndə dedim söküm özüm döyüb taxım yerinə döyməsəm onnan yaxşı idi. İndi sağ qanad axtarıram dəyişməyə). Kraskası dartıb gərək belinə vurulsun. Qalan yerlərini polirofkaynan yola vermək olar. Sağ qanad dəyişilib zbor qara akril vurmaq olar əməlli vidə gələr. Karopkanın yağını mənnən olsa dəyişmək lazımdı. Arada bir də görürsən 4dən 3ə atanda vurma olur. Tiptronikdə sürəndə olmur özü avtomatik atanda həftə bir dəfə vurma olur. Sağ şüşə qaldıranın hər şeyi var bir rolikini tapa bilmədim deyə qalxıb düşmür. Sol sürücü qapısının kilidi işləmir. Sağ arxanı söküb düzeltmişdim bir iki ay işlədi oda başını qoydu.) acot da yoxdu ki söküb tezdən yığam). Başqa da ki karterini aparıb soxmuşam daşa qırılıb onuda Argan qaynaqçıya apardım oda pox qoydu içinə 15 manat pul verdim ordan da çıxıb 2 manat pul verib sxoy suvarka aldım yaxdım ki dayana Argan suvarkadan daha yaxşı oldu.) heyf o 15 manatdan) nəysə halal xoşu olsun). Və bunun kimi yadıma düşməyən bir çox problemləri var. Bir sözlə mənim imkanım bütün bunları aradan qaldırmağa çatmadığı üçün satıram). Maşında çox işlər görmüşəm ama gözə görünmür). Hava sensorunuda dəyişsəm qutu kimi işliyir matoru zadı. Barter də maraqlıdı elə belə mırta özü kimi leş ama satılan maşın olsa dəyişək birazda onunla əlləşərəm)