Avtomobilə daim vaxtında və düzgün texniki qulluq göstərilib. Mühərrik və sürətlər qutusu ideal vəziyyətdədir, avtomobilin elektron və mexaniki sistemlərində hər hansı texniki problem mövcud deyil.
Avtomobil ABŞ-dan zədəsiz vəziyyətdə gətirilib. İstifadə zamanı yaranmış xırda cızıqlara görə bəzi hissələrdə lokal rənglənmə işləri aparılıb. Avtomobilin 2016-cı il modelinə yığılması və M paketlə komplektləşdirilməsi sənədlərdə rəsmi şəkildə qeyd olunub.
Üzərində yeni disk və təkərlər quraşdırılıb. Avtomobil həm texniki, həm də vizual baxımdan baxımlıdır və əlavə xərc tələb etmir.
Maşını alacaq şəxsin uzun müddət problemsiz istifadə edə biləcəyi vəziyyətdədir. Real alıcılar üçün avtomobilə baxış zamanı qiymətdə razılaşmaq mümkündür.