Lexus RX 350 — bu model full komplektasiyadır. Komfortlu, geniş və prestijli avtomobildir. Salon səliqəli və baxımlı vəziyyətdədir. Gündəlik istifadə üçün ideal seçimdir. Heç bir problemi yoxdur, vuruğu və əziyi olmayıb, dəyişən detalı yoxdur. Akkumulyator yenidir, təkərləri əla vəziyyətdədir.
Panoram dam, elektrik oturacaqları, dəri salon, oturacaqların ventilyasiyası və isidilməsi, klimat-kontrol, Head-Up Display (HUD) — sürət və digər məlumatları ön şüşədə göstərən proyeksiya ekranı, 360° kamera — ön, arxa və yan görüntülər, ön və arxa radar sistemi, qarşıda maneə olduqda avtomatik əyləcləmə sistemi, Auto Hold — avtomobil dayananda əyləci avtomatik saxlayan sistem, arxa sərnişinlər üçün 2 ədəd monitor və qulaqcıqları. Ailə üçün ən gözəl seçimdir.Lexusun əlavə heç bir tərifə ehtiyacı yoxdu, sürənlər bilir, çox dözümlü avtomobildir.Bu maşın 92 benzinlə problemsizdi. Şəhər içi və trasda çox sərfəlidir.