2018-ci il alış, 92 700 km orijinal yürüş. Avtomobil minimal zədə ilə seçilib şəxsən özümüz üçün 2026 da sifariş olunub, CARFAX tarixçəsi təmizdir və Amerikada cəmi 1 sahibi olub və 2 açarı da mövcuddur.
RS (Rally Sport) komplektasiyası:
İdman görünüşlü, Zavod qabaritli bamper, yan kantlar və 16-lıq qara disklər. Dinamik və çevik sürüşü, həmçinin zəngin funksionallığı ilə seçilir.
Texniki vəziyyət:
Gəldiyi gündən Chevrolet Performance Center-də qulluq olunur və servisdə tarixçəsi mövcuddur. Motor və sürətlər qutusunun yağı, antifriz və hava filterləri dəyişilib. Həmçinin akkumulyator yenisi ilə əvəz olunub. Əlavə olaraq avtomobilə spoyler, rezin ayaqaltılar, Head-Up Display və red chrome antenna quraşdırılıb.
Funksionallıq:
Avtomobildə Kruiz kontrol, uzaqdan işə salma (Remote Start) və kamera və park radarları mövcuddur.
Avtomobil daimi olaraq qaraj şəraitində saxlanılıb. Evdə başqa avtomobil olduğu və bu avtomobildən çox az istifadə edildiyi və ehtiyac olmadığına görə satılır.
Özünə təmiz, bütün servis baxışları edilmiş, əlavə xərc tələb etməyən və baxımlı əsl şəxsi ailə avtomobili axtaranlar üçün ideal seçimdir. İstənilən servisdə yoxlanıla bilər.
Real alıcı ilə qiymətdə razılaşmaq olar.