Pul lazım olduğu üçün təcili satıram. Real alıcı ilə qiymətdə razılaşmaq olar. 1 ildir ki, məndədir, 3-cü sahibiyəm. Aldıqdan sonra əksər şeyləri yenilənib:
- vaxtı-vaxtında mator və sürətlər qutusunun yağı dəyişdirilib
- antifiriz dəyişdirilib
- jitkis dəyişdirilib
- ön təkərlər yenidir
- bahalı monitor və arxa görüntü kamerası qoyulub, car play dəstəkləyir (teyes)
- çexol dəyişdirilib
Əsas xərci kosmetik xərclərdir, qalan şeyləri normaldır, ailə maşını kimi istifadə olunub. Kondisioner, peç, lyuk tam işləkdir. Mator, karopka əla vəziyyətdədir, yağ yemə yoxdur. Şəhər içi sürüşdən asılı olaraq 8-10, magistralda 6-7 litr 92 benzin sərf edir.
Nəsə əlavə xərci çıxsa, qiymətdən düşüləcək.