Avtomobil Amerikadan ölkəyə gələn gündən yalnız məndə olub və sırf şəxsi istifadə üçün sürülüb. Yürüşün 320,000 km olmasına baxmayaraq, avtomobilə hər zaman yüksək səviyyədə və vaxtı-vaxtında qulluq olunub. Yağ dəyişmə intervalları heç vaxt gecikdirilməyib və yalnız premium brend yağlardan istifadə edilib. Mühərrik və sürətlər qutusu əla vəziyyətdədir, texniki baxımdan heç bir xərc tələb etmir.
1.4 TSI mühərrik və mexaniki ötürücünün birləşməsi avtomobili həm çox dinamik, həm də inanılmaz dərəcədə ekonom edir. Şəhər içi və trasda yanacaq sərfiyyatı çox sərfəlidir, bu da gündəlik istifadə üçün böyük üstünlükdür. Əldən-ələ gəzmiş və ya baxımsız qalmış maşınlarla müqayisə olunası deyil, maşına göz bəbəyi kimi baxılıb.
Gündəlik sürüş üçün dözümlü, xərcsiz, ekonom və rahat avtomobil axtaranlar üçün ideal seçimdir. Ciddi alıcılar əlaqə saxlaya bilər, maşına baxdıqdan sonra real alıcıya yerində endirim olunacaq.