Yalnız real alıcılar əlaqə saxlasın!
Volvo XC90 T6, 2016-cı ilin son buraxılışıdır. Avtomobil 225 000 km yürüşdədir və çox yaxşı texniki vəziyyətdədir.
Maşında hazırda heç bir problem yoxdur. Mühərrik, sürətlər qutusu, asqı sistemi və digər əsas hissələr saz vəziyyətdədir. Sürüşü çox rahat və yumşaqdır, yol tutuşu əladır. T6 mühərriki kifayət qədər güclüdür, eyni zamanda XC90 öz dözümlülüyü və təhlükəsizliyi ilə seçilən modeldir.
Salon geniş, komfortlu və ailə istifadəsi üçün çox əlverişlidir. Uzun yolda da çox rahat avtomobildir. Maşına vaxtında qulluq olunub, hazırda əlavə xərc tələb etmir.
Real alıcı gəlib avtomobili yerində yoxlaya bilər. İstənilən servisdə yoxlatdırmağa razıyam.
2016 sonu | 225 000 km | T6 | Güclü, komfortlu və dözümlü SUV
Ciddi alıcı ilə qiymətdə müəyyən razılaşma mümkündür.