Maşını özüm istifadə etmişəm, indi satıram. Changan Qiyuan A07-dir, texpasport ili 2024, ölkəyə 2025-ci ildə gətirilib, mən 1-ci sahibiyəm. Yürüşü 29 448 km-dir, ekranda özünüz də görə bilərsiniz.
Mühərriki 1.5-dir, plug-in hibriddir. İstəsəniz adi benzinlə sürürsünüz, istəsəniz şəbəkədən tokla doldurursunuz. Şəhər daxilində gündəlik işlər üçün çox sərfəlidir, yanacağa demək olar ki, pul getmir.
Full komplektasiyadır. Dəri salon, panoram dam, ventilyasiyalı oturacaqlar, 360 kamera, böyük ekran var. Telefonu həm simsiz, həm də tokla zaryadkaya qoymaq olur. Baqaj genişdir, arxa oturacaqlar da rahatdır.
Maşın bezkraskadır, heç bir yerində boya yoxdur. Yalnız bufer boyanmalıdır, bunu da razılaşa bilərik. Salon təmiz saxlanılıb.
Qiymət 35 000 AZN. Baxmaq istəyənlər zəng edə bilər, vaxt razılaşdıraq. Bir də deyim ki, ekran Çin dilindədir, bunu əvvəlcədən bilin ki, sonra sual olmasın.
Əlaqə: , <---- Mütləq bu nömrəyə zəng edin, elandakı nömrəyə yox.