Avtomobilin Azərbaycanda ilk sahibi mən olmuşam. Vurğusuz, zədəsiz və bezkraskadır. Bütün əsas hissələri buraxılış ili zavoddan çıxan orijinal hissə və detallardır. Avtomobil az istifadə olunub, yürüş məsafəsi tam əminliklə orijinaldır. Mühərrik və sürətlər qutusu saz vəziyyətdədir, mühərrik yağ yemir, avtomobil yüksək oborotda sürülməyib, hər 5000 km yağı dəyişilib. Dəyişilən hissələri: ön faralar, radiator, ön opor disklər, thermostat. Yeniliklə mühərrikin klapanları təmizlənmiş, salniklər və sveçalar dəyişilmişdir. Yanacaq 92A benzin işlədir, yanacağı qənaətlə işlədir. Trasda 6-7 litr, şəhər içi 9 litr.