Hyundai Elantra, 2014, 1.8 avtomat
1.8 litr atmosfer mühərrik, turbo yoxdur, saxlanması ucuz və sadədir. Sürətlər qutusu 6 pilləli klassik avtomatdır, variator və ya robot deyil. Qənaətcildir: şəhər içi 8-9 litr, trasda 6 litr işlədir. Ehtiyat hissələri hər yerdə var və ucuzdur.
Hazırkı yürüş 205 000 km-dir. Mühərrik yağ yemir, sürətlər qutusu təkansız keçir. Yağ hər 5000 km-dən bir dəyişdirilib, daim Meguin yağından istifadə olunub. Kondisioner işləyir. Təkərlər yaxşı vəziyyətdədir.
Əlavə olaraq öndə LED faralar, arxada LED stoplar quraşdırılıb. Salona Android monitor qoyulub.
İstənilən ustada yoxlatmaq olar. Real alıcıya endirim olacaq.