BMW F10, 2012 – Qulluqlu, problemsiz, minib sürməyə hazır!
Bu maşına pul və diqqət əsirgənməyib. Bütün texniki qulluqları vaxtlı-vaxtında aparılıb, yalnız keyfiyyətli, bahalı yağ istifadə olunub. Mühərrik, sürətlər qutusu və hərəkət hissəsi tam qaydasındadır. Səliqəli sürülmüş, heç bir ciddi problemi olmayan maşındır.
Son vaxtlar görülən işlər:
Turbonun qəpiyi və kartriçi təmir olunub
Generator qayışı dəyişdirilib
Generator (dinamo) dəyişdirilib
Yeni AGM akkumulyator qoyulub (550 AZN)
Bütün forsunkalar dəyişdirilib
Sep başmaqları dəyişdirilib (1000 km də sürülməyib)
Bütün prokladkalar və salniklər dəyişdirilib
Üst qapağın və karterin prokladkaları dəyişdirilib
Antifriz tam yenilənib (BMW Group orijinal)
F10-larda tez-tez rast gəlinən yapışqanlaşmış qapı içlikləri yenilənib
Salon: Səliqəlidir, cırığı-sökügü yoxdur.
F10 alanların ən çox narahat olduğu turbo, yağ sızması, forsunka və akkumulyator kimi hissələr artıq yenilənib. Yəni bu xərclər artıq çəkilib, sizə qalan yalnız oturub rahat sürməkdir. Alan şəxs maşını götürüb heç bir əlavə xərc çəkmədən dərhal istifadə edə bilər.
BMW-nin sürüş ləzzətini problemsiz yaşamaq istəyənlər üçün ideal seçimdir.
Telefonda qiymət danışığı aparılmır. Maraqlananlar gəlib yerində baxa bilər.