Motorda, karopkada problem yoxdur, sıfır yağ yeyir. Çox cəld maşındır. Nissan X-Trail-in maqnitofonu qoyulub, 6-lıq disk yeri mövcuddur. Xadovoyu ideal vəziyyətdədir, alt hissəsində heç bir səs-küy yoxdur. Salonu çox səliqəli və genisdir, cırığı, söküyü yoxdur. Kondisioneri və peçi əla işləyir. Kosmetikası yaxşıdır, görkəmli maşındır. Bütün qulluqları vaxtında edilib, otur-sür maşındır. Səliqəli sürülüb, xanım idarə edib. Sənədlərin hamısı qaydasındadır. Ehtiyat ikinci pult açarı da var. Real alıcılar ilə qiyməti razılaşmaq olar.