Salam hər vaxtınız xeyir olsun,
Maşın 0 km-dan yalnız bizdə olub. Rəsmi servisdir və ilk sahibiyik, bütün istismar müddəti ərzində özümüz istifadə etmişik. Mühərrik: İdeal vəziyyətdədir. Sürətlər qutusu: Tam saz vəziyyətdədir, problemsiz işləyir. Xadavoy: Yeni yığılıb, heç bir xərc tələb etmir. Amortizatorlar: Hamısı yenisi ilə əvəz olunub. Disk və təkərlər: 4 ədəd yeni disk və təkərlər, cəmi 3 ay əvvəl dəyişdirilib. Elektronika: Bütün sistemlər işlək vəziyyətdədir.
Maşına texniki baxımdan ciddi qulluq olunub, əsas xərclər artıq edilib. Shell 5-30 motor yağından istifadə olunur, 95 oktanlı benzin tökülür. Alıb rahat şəkildə istifadə etmək istəyən şəxs üçün yaxşı seçimdir.
Maşının yüngül kosmetik işləri var. Real alıcı ilə avtomobilin yanında qiymətdə razılaşmaq mümkündür.
Vasitəçilər narahat etməsin.