Toyota Corolla, 1.4 l, 2006 il, Xetçbek
İdeal vəziyyətdə, tam dözümlü və qənaətcil ailə avtomobili satılır!
Mühərrik saat kimi işləyir, yağ yeməyi, tüstüləməsi qətiyyən yoxdur.
Xodovoy sistemi tam saz vəziyyətdədir. Artıq səs-küy gəlmir. Bütün dövri baxımları vaxtında olunub.
Kuzov və Salon vuruğu, udarı yoxdur. Pas və çürük qətiyyən yoxdur. Salonu təmiz, səliqəli və baxımlıdır.
Komplektasiya kondisioner (əla vurur), şüşəqaldıranlar, güzgülərin tənzimlənməsi.
Şəhəriçi parkinq üçün çox rahat və yanacağa olduqca qənaətcildir.
Ehtiyat hissələri hər yerdə tapılır və ucuzdur. İstənilən servisdə yoxlatdıra bilərsiniz. Real alıcıya avtomobilin yanında cüzi endirim olunacaq. Barter olunmur, nağd satılır.