Servis! Avtomobil tam ideal vəziyyətdədir. Heç bir ciddi texniki problemi yoxdur. Vuruğu, udarı yoxdur. Mühərrik və sürətlər qutusu əla vəziyyətdədir. Çox ekonom və dözümlü avtomobildir.
Avtomobilə vaxtlı-vaxtında qulluq olunub. Yeni akkumulyator, 4 ədəd yeni təkər alınıb. Android monitor quraşdırılıb. Mühərrikin və sürətlər qutusunun yağları yeni dəyişdirilib.
Salon və kuzov səliqəli, baxımlı vəziyyətdədir. Bir sözlə, oturub sürüləsi maşındır.
Yalnız istəyə görə 2 hissəsində ksok kraska vurula bilər. Əksər hissələri zavod boyasıdır, bu səbəbdən rənglətməmişəm.
Real alıcıya avtomobilə baxışdan sonra müəyyən qədər endirim olunacaq.