Santafe 2010 model, 2 turbo dizel, 2wd, 7 yerlik, sep motor, full komplektasiya, 229000 orijinal yürüş
Avtomobil istər mühərrik və sürətlər qutusu cəhətdən, istər elektronikası, istərsə də asqı sistemi cəhətdən ideal vəziyyətdədir, otur sür maşındır. Koreyadan gələndən ilk sahibi bizik, 4 ildir, maşın bizdədir. Avtomobil çox səliqəli formada - texniki/dövri qulluqları vaxtı-vaxtında edilərək sürülüb. Təkərlər də (Nexen) yaxşı vəziyyətdədir. Buferində yüngül kosmetik işi var, real alıcı ilə qiymətdə razılaşmaq olar.
Maşın Laçın şəhərindədir. Satılma səbəbi dağlıq relyefdə tam ötürücülü avtomobil almağın daha məqsədəuyğun hesab edilməsidir.
Avtomobil full komplektasiyadır: start/stop, oturacağın yaddaş paketi, açarsız daxilolma, lyuk, arxa kamera və park radar, oturacaqların isidilməsi və s.