Hyundai Santa Fe 2010, 2.0 CRDi dizel, 6 pilləli avtomat, ön ötürücü.
Yürüş: 241 000 km. Qiymət: 21 890 AZN (Maşının yanında qiymətdə razılaşma olacaq, alverçilər narahat etməsin)
Avtomobil koreyadan Azərbaycana gətiriləndən(2023 də gətirilib) bu yana yeganə sahibi özüm olmuşam. Bu günə qədər gündəlik, stabil istifadə etdiyim maşındır. Mühərrik, sürətlər qutusu və xadavoy yaxşı vəziyyətdədir.
• Ön təkərlər yaxınlarda dəyişdirilib, yeniyə yaxın vəziyyətdədir: Pirelli Scorpion All Season SF2.
• Təxminən 3–4 ay əvvəl Hyundai rəsmi servisdə ( oto plazada) maşının xadovoyuna 1 000 AZN-ə yaxın xərc çəkilib, lazım olan işlər görülüb. Xadovoy saz vəziyyətdədir.
• Mühərrikin üst qapağının prakladkası keçən həftə dəyişdirilib. Çəkilmiş fotolar əlavə olunub elana, qrunt, detal yiyilməsi və s yoxdur. Matora Shell Ultra 5W-30 yağ tökülüb, hər 5 000 km-dən bir dəyişdirilib.
• Akumlator yeni deyişdirilib.
Sinifinin full komplektasiyasıdır: qara dəri salon, ön oturacaqların isidilməsi, elektrik lyuk, iki zonalı klimat-kontrol, multimedia və naviqasiya ekranı, sükan üzərindən audio idarəetmə, arxa görüntü kamerası, arxa park sensorları, ABS, stabilliyə nəzarət sistemi, elektrik şüşəqaldıranlar, dam relsləri və 18 düymlük yüngül lehimli disklər.
Koreyada ön sağ qanad dəyişdirilib. Bakıda gələn kimi də yoxlatmışam, ağır zədə və s yoxdur. Bakavinlər və s də təmizdir. Reportları və s də qalıb( koreyada en car dan verilən). Hazırda kuzovda və alt hissədə pas, korroziya yoxdur,
Gələn həftə başqa avtomobil alınacağı üçün satılır. Alverçilər narahat etməsin. Maşının yanında qiymətdə razılaşma olacaq.