Avtomobil şəxsi maliyyə ehtiyacı ilə əlaqədar bazar dəyərindən aşağı qiymətə satışa çıxarılıb. 2018-ci il istehsalıdır, 2021 M5 görünüşünə yığılıb. Üzərində bazar malı olmayan orijinal 20-lik disklər, spacer və sport yaylar var. Hər biri üçün Improtex tərəfindən verilmiş rəsmi sənədlər mövcuddur. Komplektasiyası kifayət qədər zəngindir: Head-up Display, Harman Kardon səs sistemi, əl jestləri ilə idarəetmə, ayaq hərəkəti ilə baqajın açılması, sport oturacaqlar, sükan və oturacaq isidilməsi, avtomatik əyləc sistemi, kor zona xəbərdarlığı və zolaq tanıma sistemi. Faraların Angel işıqları həm ağ, həm də sarı rəngdə yanır. Yanacaq sərfiyyatı elektrikə qoşmadan şəhər daxilində 8-10 litr, trasda isə təxminən 6 litrdir. Mühərrik və transmissiya problemsizdir. Texniki baxış və sığorta yeni yenilənib, hər ikisinin bitməsinə 1 il var. Avtomobilin xırda kosmetik xərcləri var, bu da qiymətdə nəzərə alınıb. Real alıcı istədiyi yerdə yoxlatdıra bilər.