Nissan Juke 1.6 Turbo – Şəxsi avtomobil
Avtomobil şəxsi istifadəmizdə olub, xanım tərəfindən idarə edilib. Maşına daim diqqətlə yanaşılıb, bütün texniki baxış və qulluq işləri vaxtlı-vaxtında həyata keçirilib.
Avtomobil hazırda tam saz vəziyyətdədir. Mühərrik, sürətlər qutusu və digər texniki hissələrdə hər hansı problem yoxdur. İstənilən servisə və ya ustaya apararaq ətraflı yoxlatdıra bilərsiniz. Avtomobilin vəziyyətinə əmin olduğum üçün yoxlanışdan heç bir narahatlığım yoxdur.
Satış səbəbi: Ölkədən köçməklə əlaqədar avtomobil satılır.
Qiymət avtomobilin real vəziyyəti nəzərə alınmaqla münasib təyin edilib. Təcili satış olduğu üçün qiymətdə bazardakı analoji avtomobillərlə müqayisədə güzəşt edilib.
Xahiş edirəm, yalnız real alıcılar əlaqə saxlasın. Alverçilərin və vasitəçilərin narahat etməməsi xahiş olunur.
Avtomobilə baxış keçirib bəyəndikdən sonra cüzi qiymət danışığı mümkündür.