Avtomobil ideal gündəlik istifadə üçün nəzərdə tutulmuşdur və rahatlığı, etibarlılığı, qənaətcilliyi, eyni zamanda praktikliyi ilə seçilir. Həm ailə, həm də şəxsi istifadə üçün əla seçimdir. Avtomobilin 2-ci sahibiyəm. Udarı vuruğu olmayıb, bir detalında (buferin kiçik bir hissəsi ksok rənglənib) rəng vardır.
Avtomobilin xüsusiyyətləri:
- Dəri salon;
- Oturacaqların isidilməsi;
- Multi-sükan;
- avtomatik qatlanan güzgülər;
- Şüşələrin avtomatik qaldırılıb, endirilməsi;
- Park radar və arxa görüntü kamerası;
- Eco, Normal Sport rejimi;
- Ön şüşənin isidilməsi;
- Auto hold və elektron əyləc sistemi;
- Sadə və dözümlü mühərrik (avtomobil 0 km-dən 95 oktanlı benzinlə sürülüb, bu səbəbdən yanacaq və mühərrik sistemi ideal vəziyyətdədir);
- Avtomobilə 0-kmdən rəsmi toyota servisində qulluq olunub (94 min kmdən sonra isə cari olaraq digər servisdə mütəmadi qulluq olunur);
- Əyləc bəndləri (nakladka), yağı, hava və yağ filtrləri yeni dəyişilib. Zaslonka, farsunkaları rəsmi servisdə yuyulub.
Nömrəsiz satılır. həftə içi axşam 6-dan sonra, həftə sonu isə gün ərzində Həzi aslanov metrosu yaxınlığında maşına baxış keçirmək olar. Həftə içi isə 9-6 aralığında hava limanı ərazisində maşına baxmaq olar.
Yerində baxış keçirdikdən sonra real alıcıya yaxşı endirim olacaq. Alverçilər və vasitəçilər narahat etməsin.