Skoda markasının ən nəhəng və lüks maşınıdır. Sürüşü çox rahatdır. Yanacaq sərfiyyatı şəhərdə 9lt, trasda 5-6 lt. Servisi, ustası və parçaları var. Yağış sensoru, Işıq sensoru, Oturacaqların isidilməsi, Cruise kontrol, Park radarı, AUX, Bluetooth və bir çox funksiyası var. Ən əsası yalnız bu modelə məxsus böyül bagaj və onun iki növ açılma şəklidir. Həm sedan həm crossover kimi açılır və böyük əşyaları yerləşdirmək çox asan olur. Maşının ikinci sahibiyəm. Qulluqlar vaxtı vaxtında servisdə olunub və yağı 1 Sentyabr dəyişib. Servis kitabçasının qeydləri də şəkildədir. Bu qiymətə alacağınız ən yaxşı və etibarlı maşındır!