Heç bir ciddi problemi yoxdur. Müəyyən xərcləri var, əsasən kosmetik, onlar da qiymət danışıqlarında nəzərə alınacaq. Ötən ay təkcə motoruna 1000 AZN-dən çox pul qoyulub. Motorun sepi, arxa, qabaq, klapan və korpus salnikləri, şamlar, MOT klapanı və akkumulyator yenisilə əvəzlənib. Həmçinin motor yağı və antifriz də dəyişdirilib.
Sənədləri qaydasındadır. Yaya kimi texniki baxışı, dekabra kimi də icbari sığortası var. Maşın öz adımadır və yeni sahibinin adına keçiriləcək. Endirim haqqında maşının yanında danışacağıq.