Avtomobil ideal vəziyyətdədir. 11000 ml yürüşlə (probeq) Azərbaycana gəlib. Özüm üçün sürməyə almışam. Alıb-satan deyiləm. Hal-hazırda 20300 ml-dir. 2016-cı ilin tam full variantıdır. Alandan 2 dəfə motor yağı dəyişmişəm. Castrol 5.30 (turbo mühərrik üçün).
Turbo.az-da maşın axtaranların tez-tez verdiyi suallara cavablar:
Vuruğu, kraskası var?: Vuruğu olub sürücü tərəfdən 2 qapıda, düzəldilib.
Maşının nəyi var nəyi yox?)): Maşının hər bir detalı saat kimi işləyir. Kia-nın servisində hər bir şeyi yoxlanılıb. Almağa fikri olan şəxs harda istəsə yoxlatdıra bilər.