Avtomobilin ilk və tək sahibiyəm. 2009-cu il istehsalı olsa da,Hyundai avtosalondan 2010-cu ildə alınıb. Gündəlik sürülən avtomobil olub və bugünə kimi də sürülür, xaricdə keçirdiyim 6 il ərzində isə çox az istifadə edilib. Sadə komplektasiyadır, lyuku mövcuddur. Heç bir problemi yoxdur, heç bir xərc tələb etmir, mühərrik və sürətlər qutusunun yağı yeni dəyişilib, kimyəvi təmizlənilib, cızıq hissələri rənglənib. Sürdüyüm müddət ərzində də, daimi xərclər olan - yağ, nakladka, təkər, benzin hava filterləri və s. nəzərə almasaq, digər heçbir xərcə ehtiyyac duyulmayıb. Çox ekonom və sürücünü incitməyən avtomobildir, satmağıma səbəb isə, daha üst kateqoriya avtomobil almağımdır.