Salam,
Maşın 2012 ci ildə rəsmi Geely salonundan alınıb. Bu günə kimi 1 sahibi olub. Yoldaşım rəhmətə getdiyinə görə satılır.
Maşında udar, möhkəm vuruq qətiyyən olmayıb. Yungül əzik və sürtülmələr olub. Amma maşına əl gəzdirmək lazımdır. Motor yeni yığılıb.10-15 gündən bir xodlanır, pol oborot xoda düşür. Akkumlyatoru 1 aydır yeni qoyulub. Salonu təmiz və səliqəlidir. Karopka 1ə keçmir, peredoka əl gəzdirmək lazımdır. Maksimum 1000 manat xərc qoyulsa maşın top kimi olacaq. Sadəcə vərəsə mən olduğundan və işlədiyimə görə əl gəzdirməyə vaxtım və anlayışım yoxdur. Ona görədə çəkiləcək xərclər nəzərə alınmaqla satılır.
Allah alanada satanada xeyir versin!