Elanı tam oxuyub sonra əlaqə saxlayın lütfən
Bu full komplektasiya Legacy ölkədə 4 ədəddir (2 mavi, 1 qızılı, 1 qırmızı). 2ci maşınımdır, sürülmür.
Maşına zavoddan əlavə boya dəyməyib, heç buferinə də. Boya ona görə dəyməyib ki, 25 min km-ə qədər Almaniyada, 240 minə qədər də Zaqatalada sürülüb, heç hara dəyməyib. Bu yaxınlarda ən yaxşı üsullarla (keçə ilə) bahalı cilalanma (polyarovka) olunub, rəngi parlaqlığı çox gözəldir. Disklərin boz rəngi zavodun vurduğudur tökülmür.
Texniki tamamilə saz vəziyyətdədir, mühərrikin biraz yağ yeməsi var (demek olar bütün normal getmiş Subarularda olduğu kimi), onu da bəzi ustalar yığdırmağı məsləhət görmür. Başqa, mühərrik, sürətlər qutusu, işlək hissələri hamısı necə deyərlər çiçək kimi. Əksər Subarulardan fərqli olaraq injektor işığı yanmır. 95 də vururam, 92 də, hər dəfə qarışıq vururam, metanol da əlavə edirəm bir baka 2-3 litr, əla effekt verir. Sərfiyyat şəhərdə 11-12, trasda 6-7 litr. Yağ ancaq alman yağı Profi car tökürəm yapon maşınları üçün. Bir sözlə “otur sür” maşındı.
Yağış, palçıq, qar, buz, qum, heçnə tanımır Subaru. Hər cür hava şəraitində tam rahatlıqla sürə biləcəyiniz, bu qiymətə heç bir alternativi olmayan maşındır.
Bu qiymətə rəng dəyməyən və tam saz vəziyyətdə Legacy yoxdur (çətin taparsız demirəm çünki yoxdur). Alan uduzmaz.
11-ci Subarumdur (yəqin ki dunya rekordu məndədir ???? ). Niyə satıram? 12ci də var ona görə ehtiyac yoxdur :)