Avtomobil olduqca ideal vəziyyətdədir! Mühərrik, sürətlər qutusu, oynaq hissələri tam idealdır. Mühərrikdə yağ azaltmadan, axıtmadan söz gedə bilməz. Vuruq olmayıb. Xahiş edirəm hər tərəfdən vurulmuş, suda batmış maşınlarla səhv salmayın! Amerikanka DEYİL. Elektron heç bir problem yoxdur, bütün təchizat tam işlək vəziyyətdədir, nə kosmetik nə də texniki heç bir xərc tələb etmir. Yanacaq tələbi sırf Aİ92 (forumlarda oxuya bilərsiz). Avtomobili tam və ya sırf arxa çəkən rejimdə iderə etmək olur ki, yanacaq sərfiyyatına qənaət olunsun. Tam çəkən rejimi salondan qoşulur. Disklər orijinal R20 2012 model Nissan Patrol (çat, qaynaq, əyrilik yoxdur), Təkərlər Goodyer ideal vəziyyətdə. Alışdırma şamları, yanacaq nasos və süzgəci yenidir. Forsunkalar yuyulub, ön əyləc qəlibləri yenidir. Real alıcıya yalnız avtomobilə baxışdan sonra endirim olunacaq.