Əla vəziyyətdədir. Vuruğu, dəyişən detalı yoxdur. Demək olar ki, boyalanmayıb. Salonu və şölü çox təmizdir, salonda cırığ və sökük yerləri yoxdur, kosmetik işlərə ehtiyac yoxdur. Daima rəsmi servisdə baxılıb və servisdə bütün görülən işlərin tarixçəsi var. Təzəlikcə yüksək tezlikli yanacaq nasosu və amortizatorları orijinal ehtiyat hissələri ilə dəyişilib. Maşın çox geniş və komfortludur, pikupların arasında ən rahat və böyükdür. Mühərrik, səkkiz pilləli avtomat sürətlər qutusu, razdatka, kondisioner hamısı əla vəziyyətdədir. FM,MP3,CD, ksenon faralar. Yürüşü orijinaldır. Baxan özü hamısını görəcək və rəsmi servisdə yoxlatdıra bilər. Maşın öz adımadır, kasko sığortasınadək var.Nömrəsiz satılır, yalnız DYP-də alqı satqı ilə. Alverçilər və etibarnamə ilə alanlar narahat etməsin. Qiymət barəsində danışıqlar maşının yanında aparılacaq. Real müştəri ilə endirim barəsində danışmaq olar.