Gördüyünüz bu avtomobil Xalq artisti, rejissor Eldar Quliyevə məxsus olub. İlk gündən onun idarəsində olub. Avtomobil T/P 2007-2008-ci ildə rəsmi olaraq “Toyota Bakı Mərkəzin”-dən alınıb. İlk gündən bu günə kimi ancaq orda servis olunub, rəsmi servis tərixçəsi var və bütün servisə daxil olma tarixləri kitabçada rəsmi olaraq qeydə alınıb. Təmiz “Evropeyka”-dır. Az istifadə olunub və daima qaraj şəraitində saxlanılıb. Yürüş 96908 km-dır (buna tam arxeyn ola bilərsiniz, göstərilən xidmətlər üzrə “Toyota Bakı Mərkəzin”-dən də hesabat əldə edə bilərsiniz). Avtomobil ideal vəziyyətdədir və heç bir xərc tələb etmir. Heç vaxt qəzaya uğramayıb, rənglənən heç bir detal yoxdur, (bufer xaric). Bəzi hissələrində xırda cızıq və daş izləri mövcuddur. İstənilən servisdə yoxlatdıra bilərsiniz. Avtomobil bir neçə həftə öncə kimyəvi təmizlənib, “polirovka” olunub, motorxana hissəsi yuyul. Üzərinə xüsusi çəkilmiş “plenka” ilə məhəllədə park edilib.
Düşünürəm, rahat deyə bilərəm ki, Camry XV40 modeli üzrə Azərbaycanda tək və yeganə belə orginal yürüşü olan və belə saz vəziyyətdə avtomobildir. Əminəm ki, bu model Camry sevənlər üçün ideal seçimdir.
Artıq dərəcədə xahiş edirəm qeyri-ciddi müştərilər və xüsusəndə “alverçilər” narahat etməsin. Mən avtmobilimin “dəyərini” çox gözəl bilirəm.
Bəzən işdə olan zaman iclaslarda olduğuma görə cavab verməyə bilərəm. Belə olduğu halda əlaqə nömrəmə bağlı nömrəyə whatsapp programında yazmağınızı rica edirəm.