Avtomobilin ön buferində ciddi olmayan , cuzi cızıqlar var , məlum Bakı kimi şəhərdə bu normaldır. Bundan başqa heç bir fiziki qüsur yoxdur. Maşın auction-dan alınma deyil , əgər tələb etsəniz avtomobilin vin kodunu təqdim edə bilərəm , yoxlanışdan keçirdə bilərsiniz. Heç bir qəzaya uğramayıb , detallar orginaldır və işləkdir. Maşın boyanılmayıb( bez kraskadır) .Yürüş( probeq ) orginaldır , oynama olmayıb. Avtomobil daim qarajda mühafizə olunub və çürük hissə yoxdur. Avtomobilin tavanı panaromadır. Tünd qəhvəyi dəri salona sahibdir. Oturacaqlar üzlüklə istifadə olunub , çatlar və.s. yoxdur. Video qeyd aparılması üçün təchizat qurlaşdırılıb. Bu sistem eyni zamanda önünüzə anidən avtomobil çıxdıqda sizi səsli şəkildə xəbərdarlıq edir. Əyləc sistemi ( nakladkalar) yeni dəyişdirilib. Ümumən maşın yaxşı vəziyyətdədir. Qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlayaraq maşını fiziki olaraq görə bilər və ekspert yoxlanışından keçirtdirə bilərsiniz.
*Qeyd : Elan maşının sahibi tərəfindən yerləşdirilib.