Avtomobil yaxşı vəziyyətdədir. Yürüş məsafəsi realdı, gündəlik sürülən maşın olub, çapılmayıb, ailə maşını olub. Son 1-2 ayda görelən işlər:
1. Mühərrik yenidən yığılıb. (Sürütlər qutusu 1 il əvvəl yenisi ilə əvəz olunmuşdu)
2. Qabaq və Arxa buferlər eləcədə diskləri rənglətdim. Xırda daşlardan və s. buferdə ağ ləkələr əmələ gəlmişdi deyə.
Maşında hal-hazırda olan problemlər:
1. Qluşitel sistemində deşik var, ona görədə arxa qazandan xor-xor səsi gəlir.
2. Qabaq katalizator içi dağılmışdı, tam təmizlətdim, amma obmanka qoydurmadım (kiməsə görə bu, problem ola bilər)
3. Qabaq katalizator sensoru müqaviməti 27-28 Om göstərir. Oriqinalı ilə əvəz etmək lazımdır.
4. Qabaq kapot və arxa baqaj üstündə kosmetik rəngləmə işi görülməlidir. Və ya ümumi polirovka olunsa maşında məncə rənglə bağlı problem yoxdur.
Olanı yazdım ki, real alıcı bilsin. Təcili pul lazımdır deyə satışa çaxardıram. Ümumi bu problemlərin xərci təxminən 600-800 AZN (max qiymət deyirəm). İndiki halda belə gündəlik incimədən rahat sürülən maşındı.
Alıcı olsa, 4 ədəd 16-lıq subaru disklərim var. Hədiyyəm olacaq. Bu markanı sürənlər real həvəskarlar olur, birdən özündə impreza və ya forester varsa, proyekt kimi yığır, lazım olar deyə düşündüm :-)
Nəzərə aldığım problemləri və təcili olduğunu nəzərə alsaq, düşünürəm qiymət ədalətlidir. Qiyməti çox qırmaq üçün yığmayın) Bu maşının həqiqətən burda mod olan sözdü (heç bir problemi yoxdur) tipindən olsa, qiyməti 11500 -12000 AZN-dir.