Avtomobil Gürcüstan Rustavi şəhərindən 2019-cu ildə mən tərəfdən Bakıya gətirilib və Amerikadakı sahibdən sonra ikinci sahibi özüm olmuşam. Maşın udar görməyib sadəcə sağ krılosu yük maşınına dəyib. Vin kodu ilə yoxlayanda görəcəksiniz. Ailə avtomobili olaraq iş-ev maşını kimi istifadə olunub və ən əsası çapılmayıb. Servisdə qulluq edilib (3000-4000 arası hər zaman yağı dəyişilib) və 95 ilə sürülüb (P.S 92 ilə də işləyir lakin eyni performansı vermir) . Mator və karobkada ciddi bir problemi heç bir zaman yaranmayıb. Xadavoyu əla vəziyyətdədir. Getirdiyim zaman sürətlər qutusu (karobka) yağı da dəyişilib.
Mühərrikin kənardan işə salınması, 18-lik disk təkər (4 təkər də yeni alınıb), arxa kamera, faralarda xüsusi yığılmış diod və s mövcuddur.
Maşında heç bir problem yoxdur, istənilən yerdə yoxlatdıra bilərsiniz. Barter mümkün deyil, kredit isə bank yaxud lizing, yalnız ciddi alıcılar narahat etsin.
Son 1 ayda maşında olan yeniliklər:
Turbo yenisi ilə əvəz olunub.
Mator yağ dəyişilib.
Salon dəri çexolu ilə yenilənib və rula çexol yığılıb.
Lupa LED lampa quraşdırılıb (Tam qanuni)