Maşını 7 il əvvəl 19.500 azn-ə almışam. Dağlığ ərazidə, arıxanada təyinatı üzrə istifadə olunub. Balakən-Bakı yolunda 13 l sərfiyyat göstərib. Şəhərdə ölçülməyib.
Maşının üstünlükləri :
* Əfsanəvi dözümlüyə malikdir. Rayon üçün və ya offroaf əvəzolunmaz avtomobildir
* 4 ay öncə 3500 azn xərc qoyulub xodovoy tam yığılıb, təkərləri təzə(ölüxana yox) təkər ilə əvəz olunub, yağlar dəyişilib, və s. Siyahı təqdim edə bilərəm. Maşına belə xərc qoyub satmazlar ümümiyyətcə, sadəcə yük maşını almışıq artıq.
* motor/korobka saat kimi
Maşının minusları:
* Kənd zonasında sürüldüyünə görə kosmetika önəmli olmayıb. Şəkildə görsənən kimidir.
* Son dəfə istifadə olunanda arxa kamerası işləmədi, cuzi bir yoxlanış lazımdır.
* ola bilsin akkumulyator doldurulmalıdır, bir ay sürülməyib.
Bu minusları mənim kimi alıcıya önəmli olmamasına görə aradan qaldırmadım. Başqa xərcləri yoxdur. Bu minuslardan əlavə olan hər bir üzə çıxan problem qiymətindən çıxılacaq.
Qiyməti bazarda olan ən aşağı qiymətdən aşağı qoymuşam baxmayaraq ki bir maşın qədər xərc qoyulub, qiyməti öldürməyin.
Maşını Həzi Aslanov metrosunun yanında baxa bilərsiniz.