2.3 sadə 111 mator, amerikanka. İlk maşınımdır, 3 il yarımdır sürürəm, öz adımadır, gözüm kimi baxmışam, balaca çıqqıltı gələn kimi ustaya qaçmışam, ən keyfiyyətli zapçast qoymuşam. Motora 5 mindən bir meguin ultra 5/40 yağı tökülüb. Üç aydan bir yağ və hava filterləri, altı aydan bir benzin filteri və mikrofilter dəyişilib, ildə bir dəfə benzin bakın filteri yuyulub. Karobkaya 630 manat xərc qoyulub, beyni, dişli çarxları və yağı dəyişilib, qaiməsi məndədir. Matorun və karobkanın paduşkası dəyişilib, maşında qram əsmə yoxdur. Benzin nasos dəyişilib, BOCSH firmasının orijinal 220 manatlıq təzə nasosu qoyulub. Dinamo və amartizatorlar dəyişilib, üsdənçıxma qoyulub. Yüzlük inci akumlyator üstündə. Təzəlikcə su radiatoru, şaravoylar dəyişilib təzəsi qoyulub, faraların içi yığılıb, xromları, şnurları təzələnib. 4 ədəd təzə lassa təkər qoyulub 10 min sürülüb cəmi. Maşın iki il öncə rəngi solduğu üçün kraskalanıb 1300 manata, amma yenə də bəzi yerlərdə cızıqlara görə kosmetik işlər var. Məndən əvvəl sürən maşına qaz (lpg) quraşdırıb, 1 ilə yaxın sürüb, mən sürməmişəm, matorxanadan ayırtdırmışam. Peç, kondisioner ideal. Maşında bütün funksiyalar işləkdir. Orijinal probeq 399 min mildir, geri çəkilməyib. Səhərlər şaxtalı havada belə birdəfəyə tapança kimi xoddanır. Bir sözlə göz bəbəyim kimi qulluq etmişəm maşına. Bu cür qulluq olunmuş maşın üçün ən münasib qiymətdir. Salonda bir-iki xırdaxuruş kosmetik şeylər var, endirim edəcəm. Nömrə hədiyyə olduğu üçün özümdə qalacaq. Qiymət öldürəcəksizsə zəng vurmayın. Allah xeyir versin.