Jeep Cherokee 2014 Latitude 4WD ilk sahibindən satılır! Bakıda rəsmi dilerdən - Chrysler Satış Mərkəzindən 2015-ci ilin mart ayında alınıb. Rəsmi servisdə (Autolux Azerbaijan) qulluq olunur. Səliqəli və az sürülüb (əsasən şəhərdə sürülüb).
Salon tam dəridir. Yüngül lehimli diskləri var (17 düym). Açılan / tənzimlənən lyuku var. Yanacaq çəninin həcmi: 60 litrdir. Zəmanət kitabçasında benzin 92 ilə işləməsi qeyd edilib, lakin əsasən Aİ-95 istifadə olunub. Transmissiya və asqının idarə sisteminin 4 rejimi var: sport, qum/palçıq, avto, qar. Yan güzgülər elektriklə tənzimlənir, əl ilə qatlanır, qızdırılır. Kruiz kontrol, Klimat kontrol, Oturacaqların isidilməsi, Qatlanan arxa oturacaqlar, Uşaq oturacaqlarının bərkidilmə mexanizmi və s. var. Çox rahat maşındır.
Nömrəsi (DQN) üstündə verilir. Yenicə texniki baxışdan keçib.
Whatsapp ilə əlaqə saxlaya bilərsiniz.