2015-ci ildə 30000 km gediş ilə avtomobili almışam. Bu günə qədər yalnız özüm istifadə etmişəm. 5 il rəsmi servisdə qulluq olunub, qarantiya bitdikdən sonra başqa servisdə xidmət olunub. Qarajda saxlanılıb, ancaq premium benzin tökülüb. Təkərlər (Roadstone N-fera SU1) və akkumlyator yeni dəyişdirilib, Mühərrikin və sürətlər qutusunun yağı yeni dəyişdirilib. Kosmetik cəhətdən əla vəziyyətdədir. Xaricə köçməyim ilə əlaqədar olaraq satıram, yoxsa indiyə qədər satmaq barədə düşünməmişəm. Nömrə üzərində verilir. Real alıcıya simvolik endirim edə bilərəm.