Maşın ailəmiz üçün istifadə olunur.
110 min km 2018-ci ilin oktyabr ayında ölkəmizə sürülərək gətirilib. Avropanın texniki baxış xidmətindən (TÜF) keçmiş və həmçinin xaricə avtobana çıxması üçün tam texniki parametrlərə cavab verməsinə dair Brief sənədi də var. Şəkillərdə göstərmişəm.
Avtomobilin bir problemi yoxdur. Hər bir funksiyası işləkdir və hazırda 196600 km yol sürülüb və bu onu göstərir ki, təqribən 6 ilə 87 min km yol sürülüb.
24 mart tarixində avtomobili kimyəvi təmizləməyə verdim. Bütün köhnə sahiblərinin çirklətdikləri yuyulub təmizləndi. Əsl ailə maşını demək olar. Baqaj çox genişdir səfər üçün heç offroad maşın almağınıza dəyməz.
Akkumulyatorunu bir il olar dəyişmişəm MUTLU firmasıdır.
Hazırda qarantiyadadır. Təkərlər Continentaldır. Lakin Almaniyadan gələn təkərdir.
Maşının passport və texniki xidmət kitabçaları üzərindədir.
İki ədəd açarı var. Şəkillərdə olmayan baqajı salonla ayıran çox keyfiyyətli dəmir barmaqlıqları var.
Mühərrikin yağı 1000 km öncə dəyişilib.
Mühərrik və sürətlər qutusu (Mator-Korobka) əla vəziyyətdədir.
Uzun müddət ailə üçün istifadə olduğu üçün bəzi yerlərində ciziqları var.
Kraska dəyən yeri yoxdur və buradan da bilinir ki, əzilmiş və ya zərbə görmüş heç bir detalı yoxdur.
Avtomobil universal olmasına baxmayaraq yolu əla tutur. Yüksək sürətlərdə axma, bir tərəfə yıxılma ( razval) yoxdur.
İnsaAllah alan adam yalnız xeyrin görər.