Salam. Opel Astraların az sayda istehsal edilmiş “Selection” versiyasıdır (klimat kontrol (baraban deyil), 8 ədəd təhlükəsiz yastığı, elektron pedal, yan güzgü və qabaq işıqların düymə ilə idarə edilməsi, multi rul)). Avtomobildə vuruq, udar qəti yoxdur. Bütün zazorları yerindədir. Mühərriki opelin ən uğurlu mühərriklərdən sayılan “Z” mühərrikidir və bir qram belə yağ sərf etmir, çekməsinə də söz ola bilməz, sürətlər qutusu qaydasında, peçi od kimi vurur, kondisionerin qazı bitib (radiatordan buraxır deyə yeni radiator alınıb, amma hələ quraşdırılmayıb, avtomobil alana üstündə veriləcək), elektrik sistemi tam qaydasında. Avtomobil hal hazırda sürülür. Çox xahiş edirəm maşın ticarəti ilə məşğul olanlar narahat etməsinlər. Maraqlanan şəxs öz ustası ilə gəlsin. Alan adama yerində güzəşt ediləcək.