Maşın ideal vəziyyətdədir. Kuza sveji saf təmiz kuzadır. Gündəlik 3-5 km sürülür. Maşın tam panarama lyukdur və lyuku tam işlək vəziyyətdədir. Zavod katalizatoru üstündədir. Ön faraları orginal bi ksenon adaptiv faralardır. Arxa stopları zavod diod stoplardır. İşıq sensoru və yağış sensoru var. Mator qəti yağ yemir. Matorun, karopkanın yağı yeni dəyişilib. Sveçalar yeni və orginalla əvəz edilib. Kondisioner işləyir və buz kimi vurur. Keyless Go sistemi var açarsız daxil olma və Start-Stop. Orginal Amerikanka plyonka çəkilib. Salonda hər bir funksiya işlək vəziyyətdədir. Tam koja salon, ön oturacaqların isidilməsi, soyudulması, sürücü oturacağının memori paketi, ön oturacaqların elektron idarə olunması, klimat kontrol, arxa park radar, zavod arxa görüntü kamerası, rulun dərinliyinə və yuxarı aşağı idarə olunması, qapılarda gizlilik gecə işıqları hamısı işlək vəziyyətdədir. Bluetooth və aux çıxışı var. Avtomobil Dimensions səs sistemi ilə təchiz olunub. Baqajda zavod basaviki var. Avtomobildə heç bir problem yoxdur bütün funksiyaları işlək vəziyyətdədir. Android monitor qoyulub. Naviqator Vaze Bluetooth bütün funksiyaları dəstəkləyir. Baxımlı maşındır. Zapaskası hələ heç istifadə olunmayıb. İdeal Sonata axtaranlar üçün əla maşındır. Maşını Amerikanka Sonatarla və çapılmış taksi olmuş maşınlarla bir tutmayın. Maşını ancaq rayonda asfaltda sürmüşəm kənd yollarında sürülməyib. Az sürdüyümə görə yağının vaxtı keçməsin deyə maksimum 3 mində yağını dəyişirəm. LİQUİ MOLY 5-30 yağı istifadə edirəm. Real alıcıya qiymətdə endirim edəcəm.