Salam.
Maşın zavod sol ruldur (amerikanka), yaxşı vəziyyətdədir, kraska yalnız 2 detala dəyib, vuruğu olmayıb. Qalan yerində kraska özünküdür, ona görə cızıqları var. Maşının zavoddan olan əşyaları üstündədir (baqajdakı stoluna kimi). Çox geniş və rahat maşındır, yolsuzluqları komfortla keçir.
Motoru tam sıfırdan yığılıb: qilzovka olunub, porşenlər, kolsalar, vkladışlar, yağ nasosu, bütün prokladkalar, salniklər, sveçalar, şlanqlar, pompa, su kollektoru, radiator, hamısı yenisi ilə əvəz olunub, antifriz tökülüb, iç və çöl remenləri. Forsunkalar yuyulub.
Qidravlika yağı dəyişilib
Əyləc sisteminin baş əyləc silindri, əyləc mayesi - hamısı yenisi ilə əvəz olunub. .
Sürətlər qutusu yaxşı vəziyyətdədir, gecikmir, atmır.
Kondisioneri var, avtopilotu var və işləyirlər. 4 şüşəqaldıran, güzgülərin elektron tənzimlənməsi. Priborda və torpedoda bütün işıqlar yenilənib.
Parktronik quraşdırılıb.
Maşın qardaşımın adınadır, tex.pasportda mühərrik nömrəsi SİLİNMİŞ nömrəsiz yazdırılıb (yəni qeydiyyata alınanda, mühərrik nömrəsi ilə problem yaşanmayacaq).
Göründüyü kimi, maşına çox xərc qoyulub, amma xaricə köçdüyüm üçün maşını satıram, real alıcıya müəyyən ednirim edəcəm, nömrəni də hədiyyə edəcəm. Maşına Sumqayıtda baxa bilərsiz.
Telefon qardaşımındır. Telefona cavab verməsə vatsapa yazın, işdə olur.
Allah xeyir versin!